Ordumuz Şuşada Ovannisyanın yaxın adamını məhv etdi

63

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan Şuşa uğrunda döyüşlərlə bağlı özlərinə sərf edən növbəti açıqlama ilə çıxış edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, o, gecə döyüşləri haqda feysbuk səhifəsində yazaraq iddia edib ki, guya Şuşanın ətrafının düşməndən təmizlənməsi istiqamətində əməliyyat davam etdirilib. Ovannisyan həmçinin etiraf edib ki, döyüşlərdə erməni tərəf itkilər verib. Ancaq o, ilkin olaraq cəmi bir ölü və bir yaralının olduğunu deyib.

“Təəssüf ki, gecə döyüşləri zamanı mənim bir yoldaşım da öldü”, – yazan A.Ovannisyan onun adının Vahe olduğunu vurğulayıb. O, həmçinin Sergey adlı digər yaxın adamının yaralandığını əlavə edərək “”Siz qəhrəmansınız”, yazıb.

Bir gün əvvəl Azərbaycan ordusunun Şuşaya “şəkil çəkdirmək üçün” bayraq sancacağını istisna etməyən A.Ovanniyan yenə də açıqlamasının “barıt”ını çox eləyərək, darmadağın edilmiş erməni ordusu barədə mif formalaşdırmağa cəhd edib. Ancaq elə öz dediyindən məlum olur ki, artıq qüvvələr tükənib və MN rəsmisinin yaxın adamları belə ordumuz tərəfindən məhv edilirlər.