“ORDUMUZ SONUNCU ERMƏNİ ƏSGƏRİ QOVULANA QƏDƏR İRƏLİLƏYƏCƏK !” – Sahibə Qafarova

54

“Azərbaycan Silahlı Qüvvələri əks hücum əməliyyatlarını uğurla davam etdirir. İndiyə qədər düşmənin yüzlərlə texnikası məhv edilib. Azərbaycanın gücünü görən bəzi beynəlxalq təşkilatlar artıq narahat olmağa başlayıb”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

O bildirib ki, vaxtilə münaqişənin həlli üçün heç bir addım atmayan bəzi qüvvələr artıq yeni açıqlamalar verir, Azərbaycanı öz haqq yolundan döndərməyə çalışır: “Hamımızın eyni fikri var: Ordumuzun müzəffər yürüşü sonuncu erməni əsgər torpaqlarımızdan qovulana qədər davam etməlidir. Bütün xalqımız da, biz də əminik ki, bu, belə olacaq. Zəfər savaşı qələbə ilə başa çatacaq”.