ORDU YAZILI AÇIQLAMA VERDİ! – İŞĞAL ETMƏK ÜÇÜN HAZIRLIQ GÖRÜRLƏR

    21

    Hurriyyet.org xəbər verir ki, İsrail ordusu Suriya sərhədindəki birliklərinə əlavə qüvvə göndərib.

    İsrail ordusunun verdiyi yazılı açıqlamada, Suriya sərhədində xidmət edən Şimalı Komandanlığı birliklərinə artilleriya və zirehli texnika nəql edildiyi bildirilib.

    Açıqlamada yazılıb: “İsrailin suverenliyini və vətəndaşlarını risk altında qoyacaq hər növ təcavüzə qəti şəkildə cavab veriləcək”.

    İsrail hökuməti sərhədə yaxınlaşan qaçqınların sərhəddən içəri buraxılmayacağını açıqlayıb.

    40 km içəri daxil olacaq

    İsrailin bu toplanışı Suriya torpaqlarını işğal eləməyə yönəlik 40 km dərinlikdəki tampon bölgə üçün son hazırlıqlar kimi qiymətləndirilir. Türkiyə mətbuatının yazdığına görə, İsrail qüvvələri mühacir axınını bəhanə edərək, təhlükəsizliyi təmin eləmək adı altında Suriya torpaqlarını işğal etməyə hazırlaşırlar.

    Hurriyyet.org