Oqtay Şirəliyevə yeni müavin təyin edildi – SƏRƏNCAM

    9

    Səhiyyə Nazirliyində yeni təyinat olub.

    Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Sərəncamla Viktor Qasımov Səhiyyə nazirinin müavini vəzifəsinə təyin edilib.

    Bununla da Səhiyyə nazirinin müavinlərinin sayı 4-ə çatıb.

    Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən "Report"a fakt təsdiqlənib.

    Qeyd edək ki, V.Qasımov bu təyinata qədər Səhiyyə Nazirliyinin Sanitariya-epidemioloji nəzarəti sektorunun müdiri vəzifəsində çalışıb.