Oqtay Şirəliyevin səhhəti ilə bağlı açıqlama

60

Səhiyyə naziri Oqtay Şirəliyevin səhhətində problem yoxdur. İş başındadır.

Bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, nazir koronavirusla mübarizədə aktiv iştirak edir.

“Bir neçə dəfə telekanallarda müsahibə verib. Səhiyyə naziri ictimaiyyət qabağına çıxır. Bununla Səhiyyə Nazirliyi ilə ictimaiyyət arasında informasiya mübadiləsi mövcuddur”.