Operativ Qərargahın brifinqi başladı: mühüm yeniliklər açıqlanır – CANLI YAYIN

84

Nazirlər Kabineti yanında Opretativ Qərargahın növbəti brifinqi başlayıb.

Musavat.com xəbər verir ki, brifinqdə Mərkəzi Neftçilər xəstəxanasının həkim-infeksionisti Fərrux Məmmədov,  Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Emil Qasımov, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanov və TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva iştirak edir.

Qeyd edək ki, avqustun 18-dən etibarən ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilib. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində elan edilmiş sərtləşdirilmiş karantin rejimində dəyişiklik haqda qərar qəbul edib.

Musavat.com