“Operativ Qərargah cərimə olunmalıdır” – Qubad İbadoğlu

204

Nazirlər Kabinetinin Operativ Qərərgahı karantin qaydalarını pozduğuna görə cərimə olunmalıdır.

 

“Nazirlər Kabineti yanında Operativ Qərərgah brifinqlərini açıq havada keçirməlidir. Hazırkı hava şəraiti buna tam imkan verir. Bu etməməklə onlar özləri karantin qaydalarını pozmuş olurlar”.

 

Hurriyyet.org bildirir ki, bunu iqtisadçı Qubad İbadoğlu deyib.

 

Q.İbadoğlu hesab edir ki, karantin qaydalarını pozduğuna görə Operativ Qərərgah və brifinqdə çıxış edənlər cərimə olunmalıdır: “Fotoya baxın görün, karantin qaydalarını təbliğ edən jurnalistlər, operatorlar özləri sosial məsafə saxlayırlarmı? Əgər özləri qaydalara əməl etmirlərsə, onda başqalarından bunu nə əsasla tələb edirlər. Nədən, hər yer açıldığı halda iri ticarət müəssisələri, bazarlar hələ də qapalıdır? Niyə insanlar sosial məsafə saxlamaqla açıq havada toy və yas keçirə bilməz, inanclı şəxslər açıq havada mərasimlər təşkil edə bilməz? Təəssüf ki, bugünkü brifinqdə bu suallar cavabsız qaldı…”

 Fotoları təqdim edirik