“OPEC ölür…” – İranın neft naziri

    42

    Tehran OPEC+ formatında əməkdaşlığı mənasız hesab edir.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, bunu İranın neft naziri Bijan Namdar Zanqane bildirib.

    Onun sözlərinə görə, OPEC+ formatının mənasız olmasına səbəb, OPEC daxilində birliyin olmamasıdır.

    O əlavə edib ki, bəzi OPEC üzvü olan ölkələr İrana və digər ölkələrə qarşı düşmənçilik edir.

    Zanqane əlavə olaraq vurğulayıb ki, İran kartelə daxil olmayan ölkələrlə də müqaviləni dəstəkləyir: “İran OPEC-i tərk etməyəcək. Ancaq mən əminəm ki, OPEC ölür. Buna səbəb isə alyansda qərarların qəbul edilməsi məsələsi Moskvanın və Ər-Riyadın əlinə keçib”.

    Onun fikrincə, Rusiya və Səudiyyə Ərəbistanının alyansdakı hakimiyyətinin güclənməsi OPEC-də əməkdaşlığa təsir göstərəcək.