Direktor olmaq istəyənlərin imtahan nəticələri açıqlandı

    3

    Onun sözlərinə görə, məktəb direktoru olmaq istəyən namizədlərin imtahanda iştirakı prosesi tam elektronlaşdırılıb: “Bütün proseslər xüsusi proqram təminatı vasitəsilə həyata keçirilib. Hər namizədə 110 dəqiqə vaxt verilib. Bu vaxtın 90 dəqiqəsi sual-cavab, qalan 20 dəqiqəsi isə esse yazılması üçün nəzərdə tutulub. Esse yazmaq üçün proqram təminatı yaradılıb və namizədlər mövzuya uyğun fikirlərini kompüter vasitəsilə qeyd ediblər. İKT bilikləri zəif olan namizədlər üçün kağızda yazmaq imkanı yaradılıb.