ONUN NƏ KƏBƏSİ, NƏ DƏ QİBLƏSİ OLMAYIB… – Eldar Sabiroğlu bir daha Ramiz Mehdiyev haqda yazdı

252

Allah günahımdan keçsin. Onun Kəbəsi də, Qibləsi də Moskva-Kremli olub. Ömrü boyu ateizmi, yəni Allahsızlığı təbliğ edən birisindən imam övladı düzəltmək istəyirlər. Lənət şeytana!!!

…Hakimiyyətin üst qatında oturanların hamısını MTN-lə əlaqələndirmək istəməzdim. Lakin bir hissə vardı ki, bu təşkilatla ümumiyyətlə, ünsiyyət saxlamaqdan qaçırdı. İlişməkdən qorxurdular. Müşahidə etdiyim səhnələri əsasən dövlət rəhbərinin müşavirə və iclaslarında görürdüm. Ehtiyatlılıq bəzən daha açıq hiss olunurdu. Digər məqamlarda da bu cilalanmış münasibətləri duya bilirdik.

Xüsusi xidmət əməkdaşı ilə dostluğa can atanlar sonda inanılmış və qeydə alınmış şəxs qismində qovluqda özünə etibarlı yer alır. Ona görə də bu adamlarla məsafə saxlamağa dövlət görəvliləri arasında üstünlük verənlər az deyildi. Bu mənada Ramiz Mehdiyevin adını məxsusi qeyd edərdim. Onun özünün MTN-i mövcud idi və heç də dövlət orqanından zəif çalışmırdı. Tələb olunan zaman Kremlə yaxınlığı ilə seçilən keçmiş Administrasiya rəhbəri MTN-də daxil bütün hökumət təşkilatlarını izləyə, ona vacib olan informasiyaları toplaya bilirdi. O, qapalı təşkilatına yalnız özünün sınaqdan keçirdiyi və inandığı adamları cəlb edirdi.

Bu prosesdə himayəsində saxladığı media agenturasının gücündən daha çox yararlanırdı. Əli Həsənov başda olmaqla Vüqar Səfərli, Əflatun Amaşov və Nuşirəvan Məhərrəmli məlumat daşıyıcısı qismində Ramiz Mehdiyevin ən etibarlı mənbəyi rolunu məharətlə icra edirdilər.

Ramiz Mehdiyevə yeni vəzifə verilib

Əldə etdiyi ciddi məlumatların olduğu kimi dövlətin zirvəsinə çatdırması isə adətən, böyük suallar doğurub. Gərgin vəziyyətlərdə ucdantutma bütün dövlət orqanları atəşə məruz qaldığı halda Ramiz Mehdiyevin bir qayda olaraq ictimai rəyin və medianın tənqidindən kənarda saxlanılmasının səbəbləri nədir?

“5-ci kolon”un hakimiyyətdəki bu məsul adamı ölkə içində sakitliyin hakim olmasını heç vaxt istəməyib. Qarışıq vəziyyətlər, sosial gərginlik və siyasi düşərgələrdə kəskin toqquşmalar onun qorxulu niyyətlərinə həmişə fayda gətirib. Moskva onu daim diqqət mərkəzində saxlayıb. Bu himayədarlıq indi də davam edir. Son dərəcə usta adam idi. Çox hallarda problemi özü yaradar və onu aradan qaldırmaq üçün diaqnozu da özü müəyyən edərdi. O, heç bir vaxt hakimiyyəti səmimi-qəlbdən istəməyib. Onun nə Kəbəsi, nə də qibləsi olmayıb.

Eldar SABİROĞLU