Bu gün Əbülfəz Elçibəyin doğum günüdür

    12

    Onun adını Azərbaycanın müstəqillik tarixinə yazan addımlardan biri də Rusiya qoşunlarının ölkəmizdən çıxarılması oldu. Bu, o vaxt baş verirdi ki, postsovet məkanında yaradılan müstəqil ölkələrin böyük əksəriyyəti imperiya qoşunlarından xilas ola bilmirdi. Amma Əbülfəz Elçibəy bunun nə qədər çətin olduğunu anlaya-anlaya rus qoşunlarını ölkədən çıxarmağa və faktiki olaraq, bu qoşunlara məxsus texnikanın Azərbaycanda qalmasına nail oldu.