“Onu Aşuraya tapşırmışam” – Faiq Ağayev

19

“Operativ reaksiya verib, Kamran Abbasovu işdən xaric etdiyinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və şəxsən nazir, cənab Vilayət Eyvazova dərin minnətdarlığımı bildirirəm”.

Bu sözləri Xalq artisti Faiq Ağayev dünən sosial şəbəkələrdə mənzildə təhqiramiz ifadələr işlədən mülki geyimli polisin işdən kənarlaşdırılması xəbərini şərh edərkən yazıb.

 

Bakı şəhər BPİ-nin Dövlət Yol Polisi İdarəsinin operatoru Kamran Abbasovun ailə münaqişəsi zəminində valideynlərinə qarşı yol verdiyi kobud davranışa, işlətdiyi nalayiq ifadələrə, bununla da “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi” ilə müəyyən olunmuş qaydaların tələblərini pozduğuna görə daxili işlər orqanlarında xidmətdən xaric edilməsinə reaksiya verən Xalq artisti sözlərini belə tamamlayıb: “Onu isə Aşuraya tapşırmışam…”. \\Azxəbər