Onlarla cəsədi arxalarında buraxıb qaçdılar

30

Hurriyyet.org xəbər verir ki, Liviya ordusunun mətbuat katibi polkovnik Məhəmməd Kununu ölkənin şərqindəki qiyamçı qüvvələrin lideri Xəlifə Həftərin tərəfdarı olan milislərinin döyüş meydanlarından qaçarkən arxalarında 48 cəsəd buraxdıqlarını bildirib.

Kununu Kovid-19-a yoluxma ehtimalına qarşı bu cəsədlərin yığışdırıldığı zaman qoruyucu paltarlar geyilməsi və müəyyən tədbirlər görülməsi təlimatını verdiklərini bildirib.

Liviya ordusundan olan general Əbdülhadi Dirah açıqlamasında Sirtedə Həftərin tərəfində vuruşan 2 rus muzdlu əsgərinin yeni tipli koronavirusdan öldüyünü bildirib.

Hurriyyet.org