2050 ildə dünyada ən zəngin olacaq ölkələrin siyahısı hazırlanıb.
Therichest.com saytının hazırladığı bu sıralamada ölkələrdə təhsil sistemi, hüququn üstünlüyü kriteriyaları əsas götürülüb.
Təhlillər dəölkələrin böyüklüyü və iqtisadi yüksəlişinin hansı həddə çatacağı təxmin edilib.
Siyahıya görə,
15-ci Rusiyadır.
Ölkənin ümumi gəlirinin 1.87 trilyon olması gözlənilir.
14 – cü yerdə İspanya qərarlaşıb.
Ehtimallara görə, bu ölkənin milli gəliri 1.95 trilyon dollar qalxacaq.
13 – Cənubi Koreya
Bu ölkə də 2,06 trilyon dollar qalxacaq milli gəliriylə irəliləyəcək.
12 – Türkiyə
Qardaş Türkiyə 2.15 trilyon dollarlıq gəlirlə dünyanın bir çox ölkələrini geridə qoyacaq.
11 – İtalya
2.19 trilyon dollarlıq artımıyla 11-ci yerdə qərarlaşıb.
10 – Kanada
Kanada da 2.29 trilyon dollaradək qalxan milli gəliriylə bir çox ölkələri üstələyəcək.
9 – Fransa
Siyahının ortasında qərarlaşan Fransa nın gəlirinin 2.75 trilyon dollar olması gözlənilir.
8 – Meksikanın da durumu qənaətbəxşdir. Onun da sərvəti 2.81 trilyon dollar çatacaq.
7 – Braziliya
2.96 trilyon dollarlıq gəlirlə dünyadakı bir çox ölkələrə meydan oxuyacaq.
6 – İngiltərə
Böyük Britaniya ölkəsinin də 3.58 trilyon dollarlıq milli gəlirlə öndə olacağı söylənilir.
5 – Almaniya
3.71 trilyonluq sərvətlə Almaniya ilk beşlikdə yer alacaq.
4 – Japoniya
Yaponlarda isə gəlir 6.43 trilyon dollar çatacaq.
3 – Hindistan
Qəribə də olsa, Hindistan sıralamada üçüncüdür. Onun gəliri yalnız Amerika və Çindən az olavaq- 8.17 trilyon dollar .
2 – ABŞ
Dünyanın ən nəhəng ölkələrindən biri olan Amerika sanbalına uyğun da artımladiqqət çəkəcək. Onun var-dövləti 22.27 trilyon dollar a çatacaq.
1 – Çin
Çin yalnız əhali sayına görə deyil, burda da birincidir. Bu ölkənin milli gəlirinin 25.33 trilyon dollar çatması gözlənilir.
Hurriyyet.org