“Onlar hələlik bizə lazım deyil”

9

Hikmət Hacıyev: “Azərbaycan Qarabağda rusiyalı hərbi müşahidəçilərin yerləşdirilməsi fikrini dəstəkləmir”

Azərbaycan hələlik Dağlıq Qarabağda atəşkəsə nəzarət mexanizminin tərkibinə rusiyalı hərbi müşahidəçilərin qoşulması fikrini dəstəkləmir.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İspaniyanın “El Mundo” qəzetinə müsahibəsində deyib.

O vurğulayıb ki, Azərbaycan başqa ölkənin ərazisində əməliyyatlar aparmır:

“Azərbaycan öz suveren ərazisi olan bölgələrdə əməliyyatlar keçirir və biz hesab edirik ki, rusiyalı hərbi müşahidəçilərin göndərilməsi zəruri deyil. Onlar hələlik bizə lazım deyil”.