“Oneqa”nın batdığı ərazidə ölənlərin cəsədləri tapılmadı

219
3003978 27.12.2016 Спасатели во время поисково-спасательных работ у побережья Черного моря, где потерпел крушение самолет Минобороны РФ Ту-154. Пресс-служба МЧС РФ

“Oneqa” balıqçı gəmisinin qəzaya uğradığı ərazidə axtarış-xilasetmə əməliyyatı tamamlanıb.

“RİA Novosti”nin məlumatına görə, bu barədə “Rosmorreçflot”dan (Rusiya Federal Dəniz və Çay Nəqliyyatı Agentliyi) bildirilib.

Məlumatlara görə, balıqçıların cəsədləri tapılmayıb.

Xatırladaq ki, “Oneqa” balıqçı gəmisi dekabrın 28-də Rusiyanın Arxanqelsk vilayətində Yeni Torpaq arxipelaqı yaxınlığında, Barents dənizinin sularında batıb. İlkin məlumatlara görə “Oneqa” gəmisinin qəzaya uğramasına səbəb buzlanma olub. Gəmidə 19 nəfər olub və yaxınlıqdakı “Voykovo” gəmisi iki nəfəri xilas etməyə nail olub.

oxu.az