ONDAN ARTIQ DEPUTAT KORONAVİRUSA YOLUXUB! – Milli Məclisdə virus yayılıb

513

Noyabrın 24-də Milli Məclisin növbəti iclası keçiriləcək. Toplantıdan əvvəl ənənəvi olaraq deputatlar koronovirus testindən keçiriliblər. 

“Gününsesi.info” saytı xeyli sayda deputatın testlərinin pozitiv çıxdığı haqda məlumat yayıb. Sayt bu sırada Vüqar Bayramov və Soltan Məmmədovun adlarını çəkib. 

Xatırladaq ki, bir neçə gün əvvəl deputatlar Tahir Kərimli və Azər Badamovun da virusa yoluxduğu bildirilmişdi.

“AzPolitika”-ya daxil olan məlumata görə, koronavirusa yoluxan deputatların sayı 10-dan çoxdur. Adı çəkilənlərlə yanaşı deputatlar Məhşur Məmmədov, Məzahir Əfəndiyev, Nizami Səfərov və Rəşad Mahmudovun da testləri pozitiv çıxanlar sırasındadır. Məhşur Məmmədovun vəziyyətinin nisbətən ağır olduğu və xəstəxanaya yerləşdirildiyi bildirilir.

Noyabrın 20-nə olan rəsmi statistikada Azərbaycanda “Covid-19-“a yoluxmanın ilk dəfə 3 mini aşdığı bildirilib. Bu səbəbdən karantin rejimi sərtləşdirilib, qapalı məkanlarla yanaşı açıq havada da maskasız gəzmək qadağan olunub.