On üç yaşlı qızı döyüb kameraya çəkdilər – VİDEO

75

Məktəblilər həmyaşıdlarını döyüblər, əməllərini videoya çəkdikdən sonra sosial şəbəkədə paylaşıblar.

Hadisə Rusiyanın Sverdlovsk vilayətində baş verib.

Bildirilir ki, iki qız və iki oğlan 13 yaşlı məktəblini döyüblər. Səbəb isə zərərçəkənin sosial şəbəkədə hücumçulardan biri haqqında kobud şəkildə danışması olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün iştirakçılarını valideynləri ilə birlikdə tərbiyəvi söhbətə çağırıblar. Uşaqların davranışlarına görə valideynlərə protokol tərtib olunub.\\Yeni Gündəm