ÖLÜM QORXUSU – insan mənəvi ağrını niyə qəbul etmir?

    21

    İnsanı ən çox qorxudan qeyri-müəyyənlikdir və hər kəsin bu günə qədər mübarizə apardığı ən böyük qeyri-müəyyənlik isə ölüm anıdır.

    Hətta özümüzün və sevdiklərimizin öləcəyi düşüncəsi də bizi qorxu, qayğı və bədbəxtlik hissilərinə bürüyə bilər. İnsanların ölüm qorxusunu (tanato fobiya)  özlərindən daha çox sevdikləri insanları itirmək və sonrasında yaşayacaqları çarəsizlik hissindən qorxduqlarının ifadə edildiyini göstərən araşdırmalar mövcuddur. Ölümdən sonra baş verəcək tənhalıq və gələcəyə ümidsizlikdən qaçmaq istəyirik, çünki itki insanların həyatına bütünlüklə mənfi təsir edə bilir.

    İnsan üçün hər vəziyyətin bitməyi bir ölümdür və matəm müddətini də özü ilə bərabər gətirir. Eyni ilə sevdiklərimizi itirdikdə həyatın bizə təqdim etdiyi bütün ehtimalları itirməkdən qorxuruq. “Ya hər şey bitərsə” deyə düşünülən hər an üçün zehnimiz "qaydalar" hazırlayır, qaçmaq üçün hərəkətə keçir.

    Bu vəziyyət əslində mənəvi yara almaqdan əlavə, həmin yaranı necə sağaldacağımızı bilmədiyimiz üçün davam edir. Çünki qeyri-müəyyənlik əslində başımıza gələn hadisələrlərdən deyil, onlarla necə mübarizə aparmalı olduğumuzu bilmədiyimizdən qaynaqlanır. Əslində, biz yola necə davam edəcəyimizi bilmədiyimiz anlardan qaçırıq.

    Xüsusilə də, sevdiyimiz insanların itkisini düşündükdə "Ölüm Allahın əmridir, amma kaş ayrılıq olmazdı" deyirik. Çünki insan müəyyən qədər ölümün adına öyrəşsə də, ayrılığa öyrəşmir. İnsan şüurunda bunu anlasa da, özünü yeni başlağıclara hazırlaya bilmir.

    Sağalmaq, ağrılar tam bitdikdən sonra tamamlanır. Biz mənəvi ağrılarımızı görməzdən gəldikcə, "ürəyimizin əlindən xəritəsini alıb, söküb çıxarıdırıq" və harada şəfa tapacağını öyrənə bilmirik.

    Ağrı yaşanamalı, hiss edilməli, paylaşılmalıdır ki, sağala bilsin.

    Yaşadıqlarımızı seçə bilmirik, amma onlarla necə yaşayacağımızı isə seçə bilərik. Xoşbəxtlikdə olduğu kimi ağrı da yaşanmalıdır. Ağrını, kədəri də xoşbəxtlik qədər qəbul etmək, həyatımızda bizə yoldaşlıq etməsinə icazə vermək lazımdır.

    Aytac ASƏFQIZI, Hurriyyet.org