“Ölkəni nə sivil qaydada idarə edəcək institutlar yaranıb, nə də sağlam davranışlar formalaşıb” – QUBAD İBADOĞLU

84

“Çətin dövrə gəldik, büdcəyə, pensiya fonduna, işsizlik fonduna, iri vergi ödəyicisi olan bütün dövlət şirkətlərinə, polisə, hərbiçiyə, məmura, icraya, bələdiyyəyə, bir sözlə hər kəsə pul lazımdır. Bu qədər pulu hardan tapmalı? Hamı gözünü Neft Fonduna dikib, bu gedişlə onun da axırına tezliklə çıxarlar. Bəs, sonra? Bundan sonrasını fikirləşən olsaydı, vaxtında görüləsi işlər əvəzinə xalqı hər gecə-gündür yalançı hesabatlarla, islahat nağılları ilə yuxuya sövq etməzdi”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna məxsusdur.

“Biz yuxuladıq, uzun və dərin yuxu aldıq, oyananda da gördük ki, qızıl kimi zaman da sürətlə öz içində əriyib, inkişaf cəhalət girdabında qəhr olub, ölkəni nə sivil qaydada idarə edəcək institutlar yaranıb, nə də sağlam davranışlar formalaşıb”,- deyə ADR sədri qeyd edib.

“Təkamülü yenidən və sıfırdan başlamalıyıq”

Q. İbadoğlunun sözlərinə görə, belə görsənir ki, eyni gəminin sərnişinləri olaraq 30 il bundan əvvələ dönürük, onda da neftdən, qazdan qazancımız olmasa da, zamanımız və qürurumuz yetərincə idi, indi isə zaman gözləmir, qurumuz da Qarabağ daxil əsarətdədir: “Deməli, təkamülü yenidən və sıfırdan başlamalıyıq. Yeni dünyada köhnə qaydalarla buna nail ola bilərikmi? Əsla yox! Odur ki, dəyişməliyik və ictimai şüura malik olmalıyıq”.

Şamo EMİN, Hurriyyet.org