Ölkə üzrə 104 min uşaq məktəbəhazırlığa cəlb ediləcək

120

Dövlət ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi yekunlaşıb.

Təhsil Nazirliyindən Hurriyyet.org-a verilən məlumata görə, 2020-2021-ci tədris ilində ölkə üzrə ümumilikdə 6577 məktəbəhazırlıq qrupuna  104 min uşaq cəlb olunacaq.

Məktəbəhazırlıq qruplarına qəbul  https://mektebeqebul.edu.az/ elektron sistemi vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.

YƏHYA