Ölkə sərhədləri evlərinin içindən keçən qəsəbə əhalisinin — Maraqlı həyat tərzi + FOTOLAR

96

Dövlət sərhədlərinin kilometrlərlə uzunluqdakı tikanlı məftillərlə, dağlar və ya ovalıqlarla ayrıldığı düşüncəsi bəzi ölkələr üçün keçərl deyil.

Dünyada fərqli sərhəd xəttlərinə malik ölkələrdən ikisi Belçika və Hollandiyadır.

Baarle qəsəbəsindən keçən sərhədin bir tərəfi Hollandiya, digər tərəfi isə Belçikadır. Sərhəd xətti bəzi yerlərdə evlərin, mağazaların və iş yerlərinin ortasından keçir. Əsas məqam isə evin qapısının hansı istiqamətə baxmasıdır. Çünki insanlar evlərinin ön qapısının baxdığı ölkənin qanunlarına tabe olurlar.

Belçikaya məxsus Baarle-Hertoq qəsəbəsi 22 yaşayış məntəqəsindən ibarətdir. Bunlar eyni zamanda Hollandiya torpaqları ilə əhatə olunan kiçik yaşayış məntəqələridir.

Hollandiyaya məxsus Baarle-Nassau qəsəbəsi isə 8 yaşayış məntəqəsindən ibarətdir. Bu qarışıqlığın qarşısı almaq istəyən yerli idarəçilər sərhədlərin müəyyən edilməsini asanlaşdırmaq üçün yerə döşənmiş daşlarda işarələr hazırladılar. Bu işarələr hətta insanların evlərin içindən də keçir.

İki ölkənin də özünə xas yaxşı və pis cəhətlərini qeyd edən yerli əhali Belçika çörəyinin daha ləzzətli olduğunu, benzinin də Hollandiyaya görə daha ucuz olduğunu bildirirlər. Alış-veriş üçün isə Hollandiya tərəfindəki marketlər daha məsləhətlidir. Qəsəbə sakinləri birlikdə yaşamağın yolunu tapsa da, yerli idarəetmə orqanlarının siyasətləri güclə davam etdirilən evliliyi xatırladır. Lakin hər iki bələdiyyə sədrinin də birləşməyi istədikləri məlumdur. \\Veteninfo.com

Ülke sınırı evlerinin içinden geçen kasaba halkının ilginç yaşamı