OLAY – Ağsuda müəllim məktəb direktorunu döyüb

    3

    Cərrahiyyə şöbəsinə yerləşdirilən direktorun vəziyyətinin ağır olduğu bildirilir

    Ağsu rayonunda müəllim işlədiyi məktəbin direktorunu döyüb. Hurriyyet.org xəbər verir ki, SİA-nın əldə etdiyi xəbərə görə, hadisə rayonun Ləngəbiz kəndində baş verib.

    Belə ki, Ağsu rayon Ləngəbiz kənd orta məktəbinin direktoru, Şamaxı rayonunun Çöl Bağırlı kənd sakini, 1985-ci il təvəllüdlü Müşfiq Əlseyran oğlu Mirzəyevlə məktəbin müəllimi arasında mübahisə yaranıb. Mübahisə zəminində müəllim məktəbin direktorunu döyüb.

    O, müxtəlif bədən xəsarətləri ilə ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Cərrahiyyə şöbəsinə yerləşdirilən direktorun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

    Qeyd edək ki, məktəblərimizdə, xüsusən də paytaxtdan uzaq bölgələrimizdəki təhsil ocaqlarında belə halların baş verməsi az rast gəlinən hadisələrdən deyil. Ekspertlər bunun səbəbini Təhsil Nazirliyinin ucqar məktəblərə kifayət qədər diqqət ayırmamasında görürlər.