OKUYANDAN DAHA BİR İDDİA: “Ərdoğan yüzdə əllini keçsə, başıma güllə çaxmasam, şərəfsizəm”

    15

    Daha öncə “MHP baraji keçsin, eşşək kimi anqıracam” açıqlamasıyla gündəmə gələn sabiq siyasətçi Yaşar Okuyanın daha bir iddiası ortaya çıxdı.

    Sən demə Okuyan daha bir iddaya giribmiş. O, Türkiyə prezidenti Ərdoğan haqda “yüzdə 50-ni keçsin, kafama sıkmazsam, şərəfsizəm” deyib.

    Xatırladaq ki, Yaşar Okuyan iyunun 24-də seçkilər öncəsi qatıldığı televiziya proqramlarının birində MHP-nin qətiyyən barajı keçməyəcəyini iddia edib. Üstəlik “əgər MHP barajı keçərsə, Tandoğan Meydanında anqırmazsam, şərəfsizəm, bacarırsa, məni anqırtsın” deyə əmin olduğunu göstərməyə çalışıb.

    24 iyun seçkilərində MHP 11,1 səs topladıqdan sonra hər kəsin nəzəri Yaşar Okuyana yönəlib.

    Altunay, Hurriyyet.org