ŞOK TƏHDİD – “Türkiyədə vətəndaş müharibəsi başlayacaq, əgər…”

    6

    PKK terror təşkilatının siyasi strukturu olan KCK-ın “idarə heyəti”nin üzvü “Bese Hozat” kod adlı terrorçu Hülya Oran Avropadakı seçicilərdən Türkiyənin Xalqların Demokratik Partiyası (HDP) üçün səs istəyib.

    Almaniyada çıxan və PKK/KCK-nın media orqanı olan “Yeni azad siyasət” qəzetinə danışan terrorçu Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyyətçi Hərəkat Partiyasının (MHP) daxil olduğu “Cumhur İttifaqı”nın qələbə qazanacağı halda vətəndaş müharibəsinin baş verəcəyini bildirib.

    Qeyd edək ki, Türkiyədə növbədənkənar parlament və prezident seçkiləri iyunun 24-də keçiriləcək.\\ednews.net

    Hurriyyet.org