ŞOK: ABŞ bazalarına hücum zamanı İrana BU ÖLKƏ kömək edib

24

İran ABŞ-ın İraqdakı bazalarına hücum zamanı “Rus Glonass” peyklərinin köməyindən istifadə edib.

İsrail kəşfiyyatı “Mossad”a yaxınlığı ilə bilinən “Debka File” portalı Rusiyanın hərbi mənbələrinə istinadən belə iddia yayıb. Məlumata görə, İranın atdığı raketlər Rusiya peyklərinin koordinatları əsasında hədəfi dəqiqliklə vurub. İddialara görə, İran ABŞ-ın nəzarətindəki GPS sistemi əvəzinə “Glonass” texnologiyasından istifadə edib. Nəticədə atılan 19 raketdən 17-si hədəfə tuş gəlib. Rusiya Müdafiə Nazirliyindəki mənbələr isə portalın yaydığı iddiaları təkzib edib.

Qeyd edək ki, İran iki bazanın vurulması zamanı 80 amerikalının öldüyünü iddia etsə də, ABŞ tələfatın olmadığını irəli sürüb. \\Publika.az