Oğuzda karantin qaydalarını pozan sərxoş sürücü saxlanıldı – FOTO

24

Karantin rejimi ilə əlaqədar rayonların giriş-çıxışlarında yaradılan postlarda Qəbələdən Oğuz rayonu istiqamətdə hərəkət edən “OKA” markalı avtomobilin sürücüsünə hər iki postda “saxla” əmri verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Hurriyyet.org-a verilən məlumata görə, sürücü bu əmrə tabe olmayaraq hərəkətə davam etdiyindən Oğuz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həmin avtomobil təqib edilib. Bir müddətdən sonra polis əməkdaşları onu saxlamağa nail olublar.

Sürücünün Bərdə rayon sakini İlham Abdullayev olduğu müəyyən edilib. Planşetlə yoxlanılan zaman İ.Abdullayevin sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyi və həkim müayinəsindən keçirildikdən sonra onun sərxoş olduğu da məlum olub.

Oğuz Rayon Polis Şöbəsində İ.Abdullayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə potokol tərtib olunub və o, cərimə edilib.