Oğuzda 3 ton narkotik yandırıldı

21

Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının “Xaş-xaş 2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirdikləri əməliyyat nəticəsində rayonun Calut kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə bitkiləri aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, əməliyyat nəticəsində ümumi çəkisi 3 tondan çox olan 2550 çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.