Oğurluq qalmaqalı ilə yadda qalan körpələr evinin baş həkimi işdən çıxarıldı – VIDEO

    9

    Bakının Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evi ətrafında yaranan qalmaqaldan sonra müsəssisənin baş həkimi Nəhayət Əliyeva işindən kənarlaşdırılıb.

    Hurriyyet.org-un Baku.ws-ə istinadən xəbərinə görə, onun səlahiyyətlərini müvəqqəti olaraq müavini icra edir.

    Səhiyyə Nazirliyindən verilən məlumata görə, baş verən hadisə ilə bağlı araşdırmalara başlanılıb. Araşdırmalar aparıldığı müddətdə Nəhayət Əliyeva vəzifədən kənar qalacaq.

    Qeyd edək ki, bir müddət əvvəl müğənni Rəqsanənin qızı Aysun körpələr evindən oğurluq olması iddiası ilə bağlı görüntüləri sosial şəbəkədə yaymışdı.