Oğulunu itirən atanın ürəksızladan 10 TÖVSİYƏSİ

    18

    İngilis Riçard Prinql, hər ata kimi oğlu Hyui ilə birlikdə çox uzun illər keçirəcəyini düşünürdü. Lakin Hyuinin (Hughie) beyin xəstəliyi var idi və həkimlər xəstəliyin idarə oluna biləcəyini, uşağın sağalacağını fikirləşirdilər.

    Həkimlər ümid etdiyi kimi olmadı, əksinə ola biləcək ən pis hadisə baş verdi. Hyui beyin qanaması nəticəsində həyatını itirdi.

    Ürək sızladan bu faciəli hadisə atasına Hyui ilə keçirdiyi gözəl anların, həyatın və yaşadığımız hər dəqiqənin necə dəyərli olduğunu daha dərindən anlamasına kömək etdi.

    Riçard Prinql (Richard Pringle) həyatın kövrək və sürətlə keçib gedən təbiətini başqa valideynlərə də başa salmaq üçün oğlunun ölümündən sonra fərqinə vardığı 10 faktı yazdı:

    1. Heç vaxt, amma heç vaxt həddindən çox öpmək və sevmək deyilən şey yoxdur.

    2. Həmişə zamanınız vardır. Etməkdə olduğunuz işi buraxın və oyun oynayın, bir dəqiqəlik olsa da, edin.

    3. Çəkə biləcəyik qədər çoxlu şəkil və video çəkin. Bir gün əlinizdə qalan tək şey onlar ola bilər.

    4. Pul yox, zaman xərcləyin. Sadəcə etdikləriniz önəmlidir. Su gölməçələrində hoppanın, gəzintilərə çıxın. Dənizdə üzün, çadır qurun və təkcə əylənin. Uşaqlarınızın tək istədiyi budur. Hyuiyə nələri satın aldığımı xatırlamıram, sadəcə birlikdə etdiklərimiz yadımdadır.

    5. Mahnı oxuyun. Birlikdə oxuyun. Ən xoşbəxt anlarım Hyui çiynimdə oturanda, ya da maşında yanımda əyləşəndə ən sevdiyimiz mahnıları oxuduğumuz anlar idi. Xatirələr musiqi ilə yaradılır.

    6. Ən xırda detallara dəyər verin. Axşam saatları, yuxu və hekayə saatları. Birlikdə axşam yeməkləri. Tənbəl bazar günləri. Ən sadə anlar, ən dəyərliniz olsun. Bu özəl zamanların fərqində olmadan keçib getməsinə icazə verməyin.

    7. Sevdiklərinizlə vidalaşarkən onları həmişə öpün. Unutdunuzsa, geri qayıdın və öpün. Bunun son şansınız olub olmadığını əsla bilmək mümkün deyil.

    8. Sıxıcı şeyləri əyləncəli hala gətirin. Alış-veriş zamanlarını, maşın səyahətlərini, mağaza gəzintilərinu. "Axmaqlıqlar" edin, zarafatlaşın, gülün, gülümsəyin və ən əsası əylənin. Həyat əylənməyi unuda bilməyəcəyimiz qədər qısadır.

    9. Gündəlik tutun. Uşaqlarınızın etdiyi və dünyanızı işıqlandıran hər detalı qeyd edin: söylədikləri gülməli fikirləri, etdikləri sevimli davranışları. Biz bunu Hyuini itirdikdən sonra etməyə başladıq. Digər uşaqlarımız Henni (Hennie) və Hetti (Hettie) üçün hazırlayacağıq. Bu xatirələr sonsuza qədər yazılı qalacaq. Gün gələndə oxuya və yaşadığımız gözəl anları bağrımıza basa bilərik.

    10. Əgər, uşaqlarınız yanınazdadırsa… Yatmazdan əvvəl öpmək üçün, birlikdə səhər yeməyi yemək üçün, məktəbə birlikdə yerimək üçün, universitetə aparmaq üçün, evləndiklərini görmək üçün övladlarınız sizinlədirsə, çox, amma çox şanslısınız. Bunu əsla unutmayın.

    Bu həyatı yaşamaq şansı bizlərə sadəcə bir dəfə verilir. Ona görə də həyatımızın hər anını sevdiklərimizlə, ailəmizlə ürəkdən yaşamalıyıq. “Kaş ki”lərsiz həyatlar diləyi ilə…

    Aytac ASƏFQIZI, Hurriyyet.org