“O klipdən sonra övladım öldü” – Səyyad Əlizadə başına gələn məşum hadisədən danışdı – VİDEO

54

ARB TV-nin “Ona qalsa” verilişinin növbəti qonağı əməkdar artist Səyyad Əlizadə olub.

Müğənni yaşadığı övlad itkisindən danışıb:

““Gücüm gözlərimin yaşına çatır” klipi 1999-cu ildə çəkilib. Çox təsirli klipdir. Ona baxa bilmirəm. Heç bir ata-anaya övlad itkisi arzulamıram. Çünki o hiss çox böyük dəhşətdir. Klipdə ata öz övladını itirir və mən həyatda onu yaşadım. Atabəyin, oğlumun ekiz qardaşı Məhəmməd dünyasını dəyişdi. Ona görə o klipə baxanda məni dəhşət bürüyür, çünki klipdən sonra övladımı itirdim. Taleyim bunu mənə yaşatdı. 1999-cu ildə klip çəkildi 2006-ci ildə mən onu yaşadım”.