“O, elə başa düşürdü ki, yürüşdən sonra müharibəyə gedəcək” – ORDUYA DƏSTƏK YÜRÜŞÜNDƏN SONRA OĞLU HƏBS OLUNAN ANA

48

“Oğlum ora getməmişdən qabaq yanıma gəldi ki, ana mən də yürüşə gedirəm. O, elə başa düşürdü ki, yürüşdən sonra müharibəyə gedəcək.”

Bunu Hurriyyet.org-a Bakı şəhər sakini Nüşabə Əhmədova bildirib. O, orduya dəstək yürüşündən sonra oğlunun həbs edilidiyini deyib:

“Oğlum Hüseynzadə Emin Şirməmməd oğlu, Bakı şəhər sakinidir. 22 yaşı tamam oldu. Orduya dəstək yürüşündə oğlum da iştirak edirdi. Oğlum ora getməmişdən qabaq yanıma gəldi ki, ana mən də yürüşə gedirəm. O, elə başa düşürdü ki, yürüşdən sonra müharibəyə gedəcək. Təbii ki, mən də onun qarşısını kəsə bilməzdim. Çünki, bütün gənclər yürüşə gedirdi.  Mən də Azərbaycan kişisi kimi onu başa düşdüm və qarşısını almadım. Sadecə, o çılğın olduğuna görə, xəbərdarlığımı etdim. Yürüşdə olan zaman iki dəfə telefon bağlantısı yaratmışdım. Polislərin də birgə onlarla yürüşdə iştirak etməsi onu çox sevindirmişdi. Zəng etdiyim məqamlarda da ona bir daha xəbərdarlığımı etdim. Səhər evə qayıdanda bildirdi ki, yürüş iştirakçılarını dağıdıblar. Bildirdi ki, Milli Məclisin önünə çatanda təxribatlar törədilib. Bir az yuxusuz olduğuna görə yatdı. Yuxudan durandan sonra Milli Məclisdə olan təxribatla bağlı videonu izlədi və mənim də baxmağımı istədim. Düzünü desəm, media nümayəndəsi olduğuma görə, qorxu hissi  keçirtdim. Youtobedə olan bütün videoları izlədim. Onun həmin təxribatda iştirakına dair bir video belə tapmadım. Həmin gün axşamüstü 22 yaşı tamam olurdu. Doğum gününü qeyd edəcəkdik. Yaxınlıqdakı magazaya getmək üçün küçəyə çıxmışdım. Bir də gördüm Yasamal rayon 29-cu polis bölməsinin sahə müvəkkili Qafqaz müəllim yanında da Yasamal Polis İdarəsinin iki səlahiyyətli nümayəndəsi bizə tərəf gəlir. O, mənimlə salamlaşıb dedi ki, oğlunuzu Polis İdarəsinə dəvət edirik. 15 dəqiqə profilaktik söhbət aparacağıq. Onlara özümün də gələcəyimi bildirdim. Hər halda mən oğlumun yanında olmalıyam”.

-Deyirsiniz ki, oğlunuzun rəisin qəbulunda olduğunu dedilər. Bəs idarə rəisi sizi qəbul etdimi?

-Son vaxtlar insanlara çox böhtan atıldığını gördüyüm üçün oğlumun da haqsız yerə tutuacağından qorxurdum. Səlahiyyətli şəxslərdən biri bildirdi ki, əyləşin oğlunuz rəisin qəbulundadı. Bir saat yaxın gözləyəndən sonra çox şübhələndim. Sabah gəlməyimi bildirdilər. Qalxdım rəisin otağına. Rəisin otağında olmadığını gördüm. Baş verənlərin oyun olduğunu anladım. Yenə başladılar ki, proflaktik söhbət aparırıq. Səhər müstəntiqlə danışmaq üçün gəlməyimi bildirdilər. Məcbur olub evə qayıtdım. Səhər 11-də görüşməli olsamda, günorta 4-ə kimi gözlədim. Biz polis idaarəsindən kənara çəkəndə başa düşdüm ki,  saxlanılan şəxsləri maşına mindirib aparırlar. Lakin, inadla hələ idarədə araşdırmaların aparıldığını bildirirdilər. Hamısı Səbail rayon polis idarəsinə aparıldı. Pandemiyanı bəhanə edərək, bizi idarəyə də buraxmadılar. Orda xeyli müddət olmağımıza baxmayaraq qəbula düşə bilmədik və nəticədə evə qayıdası olduq.

-Oğlunuz saxlanılandan sonra, onunla telefon əlaqəsi saxlaya bilmisiniz?

-Bəli bir dəfə əlaqə saxlaya bilmirşəm. Gecə saat 1-də mənə zəng gəldi. Götürən kimi, oğlumun səsini eşitdim. Oğlum and içdi ki, mən Milli Məclisə girməmişəm. Qəhər içində kadrları yenidən yoxlanılmağını istəyirdi. Təbii ki, mən ona inanırdım. Əlimdə də faktlar var idi. Kimin telefonuyla danışdığını soruşdum. Bildirdi ki,Respublika Prorkrorluğunun Ağır Cinayətlər üzrə Təhqiqat şöbəsinin müstəntiqi Təbriz müəllimin telefonuyla danışdığını bildirdi. Daha sonra, telefonu həmin müstəntiqə verdi. Mən müstəntiqə oğluma güc tətbiq olunduğumu bildirdim. Müstəntiqsə bunu inkar etdi. O, başaqa məlumat verə bilməyəcəyini deyib, səhəri gün Respublika Prorkrorluğunun Ağır Cinayətlər üzrə Təhqiqat şöbəsinə gəlməyimi dedi. Səhəri gün getsəm də, həmin müstəntiqlə görüşə bilməyib evə qayıtdım.  Evə gəldim və  həyətdə oturdum. Saat 1-ə qalmış qohumlar bildirdi ki, polislər gəlib. Gördüm ki, bir batolyon polis var. Həm mülki, həm də polis formasında. Səbəbini soruşduqda evimizdə axtarış aparacaqlarını bildirdilər. Bundan çox sarsıldım.

-Siz dediz ki, həyətdə çoxlu sayda polis olub. Onlar sizlə bərabər evə daxil oldumu?

-Mən, əvvəlcə evə daxil olmasına icazə vermədim. Mülki geyimlilərə yaxın gəlməsinə belə icazə vermədim. Qarışıqlıqdan istifadə edə bilərdilər. Bir yaxın qohumum, bir də müstəntiq Təbriz müəllimlə içəri daxil olduq. Təbii ki, siqaret çəkməyən uşağıydı. Evdən də heç  nə çıxmadı. Sənədə qol çəkərək getdilər. Sadecə, oğlumun tək xarici pasportunu götürdülər. O da ki, keçən il onu Kərbala ziyarətinə göndərmişəm.

-Sizin oğlunuz yürüşdə hansısa çağırışlar edibmi?

-Mən sizə kadrları da təqdim edə bilərəm.  Orda, sadecə insanları birliyə çağıran çağırışlar edib. Bir kadr var ki, avtobus aşıb və oğlum kənardan qaça-qaça gəlir. Həmin kadrı televiziya kanallarında da yayımlayıblar. Hətta, Milli Məclisdə təxribat törədənlərin şəklini böyüdüb halqaya alıb göstəriblər. Onların arasında mənim oğlumun şəkli yoxdur. Digər tərəfdən kanallarda tutulanların müsahibəsini göstərirlər. Tək mənim oğlumdan müsahibə alınmır. Çünki, o günahsız olduğunu deyib.

-Oğlunuz hansısa bir dini radikal qruplaşmaya üzv olubmu?

-Qətiyyən, heç bir dini radikal qruplaşmaya qoşulmayıb.  Hüquq-mühafizə orqanlarına da bildirmək istəyirəm ki, 22 yaşında gənc  səhv edə bilər. Əgər səhv edibsə, proflaktik söhbətlər aparsınlar. Gəncləri yeniyetmə çağında onları sındırmasınlar. O yaşda gənc dövlətə qarşı hansı təşkilata qoşula bilər?…Adım kimi əminəm ki, oğlum heşç bir dini quruplaşmanın üzvü deyil və heç bir dini təxribat da aparmayıb.

-Bununla bağlı ölkə başçısına müraciət etmisiniz?

-Ölkə başçısına müraciət edərək, deyirəm ki, sizin yanınızda belə qeyrətli oğullar durmalıdır. Bizə daxildən çəkişmə yaratmaq lazım deyil.  Başqa dövlətləri özümüzə güldürmək istəmərik. Hazırda, bizim Qarabağ boyda problemimiz var. Mən, oğlumun günahsız olduğunu bildirmək istəyir və azad olunmasını istəyirəm. Həqiqi günahkarları tapılıb tutulsun, günahsızlar yox.

Hurriyyet.org