“O dünyanı bilmirəm, amma bu dünyada cavab verəcəksiniz” – Eynulla Fətullayev

54

“2007-ci ildə Elmar Məmmədyarovun ərizəsi əsasında həbs edildim. XİN rəhbəri Eldar Mahmudovun əmrini yerinə yetirmişdi. 13 ildən sonra həmin idarənin əməkdaşları Məmmədyarovun qapısını döydülər. Elə Eldar Mahmudovun özü də ev dustaqıdır. Böyük Allah mənə qarşı qanunsuzluq və vicdansızlıq törətmiş bütün namərdlərin məhv edilməsi səhnəsinə şahidlik anını mənə yaşatdı”.

Bunu jurnalist Eynulla Fətullayev deyib.

“Artıq rahatam, həyat dövr edir… Yer kürəsi fırlanır. Günəşə baxıram və bu dünyada fironluq etmək istəyən bədbəxtlərin gününə acıyıram. O dünyanı bilmirəm, amma bu dünyada cavab verib gedəcəksiz!” – E.Fətullayev qeyd edib. \\Pravda