Nyutonun qiyamət tarixini hesabladığı qeydlər ortaya çıxdı

318

Britaniyalı fizik İsaak Nyutonun İncildəki gizli kodları açmaq və qiyamət gününün vaxtını müəyyən etməklə bağlı qeydləri Londonda “Sotheby” hərrac evi tərəfindən satışa çıxarılıb.

DHA xəbər verir ki, hərrac evinin əlyazma mütəxəssisi Qabriel Heton Britaniya mediasına verdiyi açıqlamada bildirib ki, sənədlər həqiqətən maraqlıdır, çünki Nyutonun piramidaların sirlərini açmağa çalışdığını görə bilərsiniz. Onun sözlərinə görə, Nyuton bu yazılarda klassik antik dövrlə rasional düşüncənin meydana çıxdığı 17-ci əsr anlayışını bir araya gətirib.