Nyu-Yorkda polisin şübhəlinin boynunu sıxması yasaqlandı

42

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın Nyu-York ştatında polisin şübhəliləri yaxaladığı zaman onların boynunu dizi ilə sıxmasını qadağan edən qərar qəbul edilib. Bəlli olduğu kimi, Birləşmiş Ştatların Minneapolis şəhərində qaradərili Corc Floyd polisin onun boğazına çökməsi nəticəsində boğulub ölmüşdü.

Polisin şübhəlini qətlə yetirməsindən sonra ölkədə kütləvi etirazlar başlayıb, iğtişaşlar alovlanıb.

Minneapolis ştatında da artıq polisin şübhəlinin boynunu dizi ilə sıxması qadağan edilib.

Hurriyyet.org