Nyu-York valisindən Trampa sərt etiraz: “Şəhərə ordu daxil olmalıdır”

75

Hurriyyet.org xəbər verir ki, Nyu-York şəhərinin valisi Endryu Kuomo ABŞ prezidenti Donald Trampın şəhərə (Nyu-York da daxil olmaqla, etirazlar zamanı qanunsuz nümayişlərə imkan verən vilayətlərə) federal yardımları kəsmək təhdidinə sərt etirazını bildirib. Kuomo deyib: “Nyu-York küçələrində gəzmək fikrindədirsə, mühafizəçilər bir yana, ordu ilə daxil olması lazımdır”.

“Nyu-Yorka gələ bilməz. Nyu-York küçələrində gəzmək könlündən keçirsə, mühafizəçilər bir yana, ordu ilə gəlməlidir. Nyu-York üçün etdiyi ən yaxşı şey buranı tərk eləməkdir. Qoy Floridaya getsin”.

Kuomo Trampın ilk gündən Nyu-Yorku cəzalandırmaq istədiyini, əyalətlərin və şəhərlərin ehtiyac duyduğu maliyyə vəsaiti ayırmağı rədd elədiyini bildirərək deyib: “Tramp kral deyil, Nyu-Yorkun maliyyələşdirilməsini dayandıra bilməz”.