Nyu-York ştatında KOMENDANT SAATI TƏTBİQ OLUNUR

60

ABŞ-da  afroamerikalı Corc Floydun ölümündən sonra baş qaldıran etiraz aksiyaları zamanı baş verən kütləvi iğtişaşlardan sonra daha bir ştatda komendant saatı tətbiq olunacaq.

Nyu-York rəhbərliyi etiraz aksiyaları və iğtişaşlar səbəbiylə bazar ertəsi axşamdan etibarən şəhər ərazisində komendant saatının tətbiqinə başlayacaq.

“Nyu-yorklular, mən Nyu-York ştatının qubernatoru Endryu Kuomo ilə danışdım, təhlükəsizliyin təmin edilməsi məqsədilə bu gecədən Nyu-York şəhərində komendant saatının tətbiq edilməsinə qərar verdik. Komendant saatı 23:00-dan səhər saat 05:00-dək qüvvədə olacaq”, – deyə Şəhər meri Bill de Blazio “Twitter” səhifəsində bildirib.

Qubernator Kuomo isə “Twitter” səhifəsində bildirib: “Nyu-York şəhərinin sakinləri, saat 23:00-dan sonra evlərinizi tərk etməməlisiniz”.\\Modern.az