“Nüvə ya qadağan edilməli, ya da sərbəst olmalıdır” – Ərdoğan

    18

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında çıxış edib.

    Prezident nüvə silahı ilə bağlı təşkilat üzvlərinə çağırış edib. BMT-nin nüvə gücünə sahib 5 üzvünü xatırladan ərdoğan “Dünya 5-dən böyükdür” mesajını verib:

    “Zehniyyətimizi, qurumlarımızı, qanunlarımızı dəyişmək zamanı çoxdan gəlib. Nüvə ya hamıya qadağan edilməli, ya da hamı üçün sərbəst olmalıdır. Bu məsələnin ədalət çərçivəsində həllini tapaq”. \\Yeni Sabah