Nursultan Nazarbayev koronavirusa yoluxdu

36

Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayev yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilib ki, N. Nazarbayev özünü təcrid edib.

Qeyd olunub ki, sabiq Prezidentin səhhəti ilə bağlı hər hansı narahatlıq yoxdur, o, distant rejimdə fəaliyyətini davam etdirir./apa/