Nurməhəmmədov – Geyci döyüşünün yeni tarixi açıqlandı

105

Yüngül çəkidə Mütləq Döyüş Çempionatının (UFC) qalibi Həbib Nurməhəmmədovla müvəqqəti çempion Castin Geyci arasındakı görüş oktyabrın 24-də keçiriləcək. 

Bu barədə UFC prezidenti Deyna Uayt açıqlama verib. O bildirib ki, qarşılaşma, böyük ehtimalla, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə UFC 254 turniri zamanı gerçəkləşəcək.

Öncədən döyüşün sentyabrın 19-da UFC 253 turniri zamanı təşkili nəzərdə tutulmuşdu. Lakin görüş Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun ölümü ilə əlaqədar təxirə salınıb./report/