“Növbəti hədəfimiz qrupdan çıxmaqdı”

57

“Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazandığımız üçün qürur duyuruq. “Təbii ki, Çempionlar Liqasında qrupa düşsəydik, daha yaxşı olardı. Ancaq Avropa Liqasındakı uğurdan da məmnunuq”. Sport24.az xəbər verir ki, bunu Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan Təl-Əviv “Makkabi”sinin baş direktoru Şaron Tamm deyib.

Klub rəhbəri koronavirus pandemiyasının yaratdığı problemlər ucbatından maddi ziyana uğradıqlarını, növbəti hədəflərinin Avropa Liqasında qrupdan çıxmaq olacağını söyləyib: “UEFA-dan gələcək 10 milyon avro da koronavirusun yaratdığı zərəri bağlamaq üçün kifayət etmir. Dövlətin də yardımı problemlərimizin bir qismini həll edəcək. Ümid edirəm ki, komandamız qrupdan çıxar. Bunun sayəsində həm yolumuza davam edərik, həm də qazancımızı artırarıq”.

Qeyd edək ki, İ qrupunda yer alan “Makkabi” ilk oyununu oktyabrın 22-də Təl-Əvivdə “Qarabağ”a qarşı keçirəcək. Qrupun digər iştirakçıları “Vilyarreal” (İspaniya) və “Sivasspor”dur (Türkiyə).