Norveçdə yaşayan azərbaycanlı jurnalist tətil elan etdi – İllik 60 min avro maaş onu qane etmir…

    3

    “Bu ayın 15-dən etibarən Norveçin İctimai Teleradio Yayımı (NRK) və Norveç Jurnalistlər Birliyi (NJ) olaraq, tətil elan etmişik. Ümumilikdə 1700 əməkdaş bu aksiyaya qoşulub. Tələblərimiz də əmək haqlarının qaldırılmasıdır”.

    Hurriyyet.org xəbər verir ki, bu sözləri Norveçdə yaşayan azərbaycanlı məşhur jurnalist İdrak Abbasov gununsesi.info-ya açıqlamasında bildirib.

    Qeyd edək ki, adıçəkilən jurnalist özünün sosial şəbəkədəki hesabında #NJstreik haştaqı ilə bu barədə məlumat paylaşıb.

    Onun sözlərinə görə, təmsil etdiyi Norveçin İctimai Teleradio Yayımı bu ölkədə əmək haqqı səviyyəsində görə media orqanları arasında 32-ci yerdədir.

    Bu ölkədə illik gəlirləri barədə danışan jurnalist deyib ki, bu rəqəm il ərzində təxminən 60 min avrodan yüksəkdir.