Normallaşma hədiyyəsi – İsrail Sudana 5 milyon dollarlıq un verdi

48

Hurriyyet.org xəbər verir ki, İsrail dövləti iki ölkə arasında münasibətlərin normallaşması razılaşmasından sonra Sudana 5 milyon dollarlıq un göndərəcəyini açıqlayıb. Hökumətin yazılı açıqlamasında Netanyahunun sözləri qeyd olunub: “Sudan ilə dinc sülhü səbirsizliklə gözləyirik və dərhal oraya – yeni dostlarımıza 5 milyon dollarlıq buğda unu göndəririk”.

ABŞ da normallaşma müqaviləsindən sonra Sudana yardım edəcəyini bəyan eləmişdi.

Açıqlamada Netanyahunun keçmiş Prezident Ömər əl Bəşirin 30 illik iqtidarının sona çatmasının ardından Sudandakı keçid prosesinə ABŞ ilə İsrailin dəstək olacağını qeyd elədiyi vurğulandı.

Ötən həftə ABŞ Prezidenti Donald Tramp sosial media hesabından Sudan ilə etdikləri bazarlıqları bəyan eləmişdi. Trampın paylaşmasında Sudanın 335 milyon dollar ödəməsi qarşılığında “Terroru dəstəkləyən ölkələr” siyahısından çıxarılacağını bildirmişdi. Sudan Maliyyə Nazirliyinin oktyabrın 20-də verdiyi açıqlamaya görə, bu miqdardakı pulun transferi həyata keçirilib. Açıqlamada deyilmişdi: “Təzminat miqdarını öz mənbələrimizlə təmin elədik. Qızıl ixracından əldə elədiyimiz gəlirlərdən istifadə elədik”.