“Normal həyatımıza heç vaxt qayıda bilməyəcəyik” – ÜST rəhbəri yenidən bədbin danışdı

261

Gələcəkdə normal həyatımıza heç vaxt geri qayıda bilməyəcəyik.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreyesus COVİD-19-la bağlı danışarkən deyib.

“Sizə qarşı dürüst olacağam. Gələcəkdə normal həyatımıza heç vaxt qayıda bilməyəcəyik”, – ÜST rəhbəri bildirib.

Qeyd edək ki, o, bundan əvvəl də belə fikirlər səsləndirib.

Onu da qeyd edək ki, dünya üzrə COVİD-19-a yoluxanların sayı 16 milyon 421 min 465 nəfərə çatıb. Bu günə kimi pandemiyadan 652 min 276 nəfər ölüb.