Nobel Tibb Mükafatının 2020 laureatları bəlli oldu

57

2020 Nobel Tibb Mükafatının laureatı bəlli olub.

Publika.az xəbər verir ki, mükafata Hepatit C virusunun kəşfinə töhfə vermiş 3 elm adamı Harvey J.Alter, Maykl Huyton və M.Rays layiq görülüb.

Nobel Komitəsinin prezidenti Tomas Perlmann Stokholmda verdiyi açıqlamasında bu elm adamlarının kəşfi sayəsində bu gün virus üçün çox həssas qan testlərinin mövcud olduğunu və bunların dünyanın bir çox bölgəsində qanköçürmədən sonra hepatitə yoluxmanı aradan qaldırdığını bildirib.

Builki Nobel Tibb Mükafatının tibbi araşdırmaların cəmiyyət və iqtisadiyyatlar üçün nə qədər əhəmiyyətli olduğunu ortaya qoyan koronavirus pandemiyası səbəbilə əlavə əhəmiyyət daşıdığı ifadə edilir.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, dünyada 70 milyondan çox hepatit xəstəsi var. Hər il bu xəstəlik səbəbilə 400 min insan dünyasını dəyişir.