Nobel mükafatı laureatı belaruslu yazıçı Lukaşenkonu istefaya çağırdı: “Nə qədər gec deyil, get”

48

Belarus yazıçısı, Nobel mükafatı laureatı Svetlana Aleksiyeviç prezident Aleksandr Lukaşenkonu istefaya çağırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bu çağırışını “Radio Svoboda”ya verdiyi müsahibədə səsləndirib.

S.Aleksiyeviç prezidentə “ləyaqətli gediş”i məsləhət gördüyünü, lakin bunun başlayan iğtişaşlardan dolayı artıq mümkün görünmədyini bildirib.

“Hələ heç nə gec deyil. Ö xalqını dəhşətli uçuruma və vətəndaş müharibəsinə sürükləmədən çıx get!”,-deyə xanım Aleksiyeviç söyləyib.

Belarus yazıçısı bununla belə ölkədə Maydan və ya qan tökülməsini görmək istəmədiyini vurğulayıb. Onun sözlərinə görə, insanların nəticələrə etibar etməsi üçün seçki məntəqələrində bütün protokolların asılması vacibdir.

Nobel mükafatlı ədib  qeyd edib ki, son seçkilərdə hazırda Litvaya mühacirət edən Svetlana Tixanovskayanın qalib gəldiyinə əmindir.

Musavat.com