Nobel mükafatçısı Əziz Sancar: “Azərbaycanlılar bütün türklərin qəlbində və dualarındadırlar”

342

Hurriyyet.org xəbər verir ki, Ermənistanın Gəncənin dinc əhalisini bombalaması nəticəsində yetim qalmış 3 yaşlı Xədicənin təhsil xərclərini ödəmək üçün hesaba dəstək verən, ABŞ-da yaşayan Nobel mükafatı laueratı türk alim Əziz Sancar deyib: “Azərbaycanlı uşaqla anadolulu uşaq arasında fərq yoxdur. Hər ikisi də uşaqdır və türkdür. “Bir millət – iki dövlət mənim üçün bunun möhkəm ifadəsidir. 2016-cı ildə Azərbaycana səfərimdə söyləmişdim ki, mən Azərbaycan və Kərkük mahnıları ilə böyüdüm və mənim üçün Azərbaycan və onun hər bir fərdi, Türkiyə və onun hər bir fərdi qədər dəyərlidir”.

Sancar Xədicənin ailəsinə başsağlığı verərək deyib: “Bu pulu göndərməklə istədim ki, Xədicə onu sevən və dəstəkləyən insanların olduğunu bilsin. Azərbaycanlı qardaşlarım bilsin ki, dünyanın harasında olursa-olsun, bütün türklərin qəlbində və dualarındasınız. Allah sizləri qorusun və bu böyük zəfəri Azərbaycan və bütün türk dünyasına qazandırdığı üçün möhtərəm İlham Əliyevdən razı olsun”.