“Niyə Azərbaycan həkimlərinin yanina getmədiniz ki, rus həkiminin yanina getdiniz?” – Fikrət Zeynalov

9

3 saylı Şəhər Klinik Xəstəxanasında xəstələr yetərincə incidilir.

Hurriyyet.org-un məlumatına görə, Kainat.tv-nin WhatsApp nömrəsinə Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasından MÜRACİƏT daxil olub.

Müraciətdə xəstəxanada baş verən özbaşınalıqdan, həkim süründürməçiliyindən, xəstəxanaya şəfa tapmaq məqsədilə üz tutan xəstə və xəstə sahibləri ilə həkimlərin qeyri etik normalara uyğun rəftarından gileylənən İntiqam Nəzərov çıxış yolunu sayta müraciət etməkdə görüb.

İ. Nəzərovun narazılığına səbəb xəstəxananın həkimi Tatyana həkimin qəbuluna bir gün əvvəl növbəyə yazılaraq səhər saat 10-00-a vaxt təyin edilməsinə baxmayar, həkimin heç bir səbəb olmadan xəstəyə baxmaqdan boyun qaçırması olub. Xəstənin vəziyyətinin ağır olmasını da nəzərə almayan Tatyana həkim tərəddüd belə etmədən bildirdi ki, "Gedin hara istəyirsiz şikayət edin, mənim heç kimdən qorxum yoxdur”.

 

Fikrət Zeynalov: - 

 

Şikayətçi qeyd edir ki, həkimin bu cür davranışından sonra çarəsiz qalıb şöbə müdiri Eyvaz həkimə müraciət etdik. Eyvaz həkim də çox acizənə halda: "Mən Tatyana həkimə SÖZ deyə bilmərəm, onsuz da o, heç kimi eşitmir, gedin şikayətinizi baş həkimə bildirin” – deyərək bizi "başından elədi”.

Tək çıxış yolu baş həkim Fikrət Zeynalovun qəbuluna girərək xəstələrin yetərincə incidilməsi və s. neqativ hallar barədə ona məlumat vermək olduğunu düşünən İ.Nəzərov bildirir ki, Fikrət həkimlə görüşüb baş verənləri təfərrüatı ilə onun nəzərinə çatdırdıq. Fikrət həkim hadisəni araşdırıb tədbir görmək əvəzinə, "siz niyə Azərbaycan həkimlərinin yanina getmədiniz ki, rus həkiminin yanina getdiniz?” – dedi. Baş həkimin bu cür yanaşması bizi həqiqətən də çaşdırdı. Xəstə ağrılardan əziyyət çəksə də, o boyda xəstəxanada bir həkim belə onu müayinə etmədi. Kor-peşman xəstəmizi də götürüb xəstəxanadan çıxdıq.

P.S.

Baş həkim Fikrət Zeynalovun rəhbərlik etdiyi xəstəxananın adi bir həkiminin qarşısında aciz qalmasının nə kimi səbəbləri ola bilər?

Tatyana həkimin xəstələrlərlə bu cür davranışına, xəstələri müayinə etməkdən imtina etməsinə nə ad vermək olar?

Səhiyyədə olan bu və ya digər neqativ hallara nə vaxt son qoyulacaq?

Səhiyyə Nazirliyi səhiyyə ocaqlarında geniş vüsət alan KORRUPSİYA və RÜŞVƏTXORLUĞA, ÖZBAŞINALIQLARA niyə göz yumur?

Bütün bu suallara aydınlıq gətirməyə çalışacağıq. Bizi izləyin.

Qarşı tərəfləri də dinləməyə hazırıq.