Niyə bizdən bir xalq intiqamçısı çıxmadı?

60

Moskva telekanallarında üzərimizə çirkab atanların ağızlarını yuman qəhətə çəkilib…

Mən yəhudi vətənpərvərlərinin misilsiz inadkarlığına,  yenilməzliyinə heyranam. İkinci dünya müharibəsində yəhudilərin başlarına gətirilən müsibətlərdən hamının xəbəri var. Bu barədə çox danışmaq istəmirəm. Ancaq onu bilirəm ki, yəhudi vətənpərvərləri qətlə yetirilmiş beş milyon soydaşlarının qisasını alacaqlarına and içmişdilər.

Almaniya nasist rejiminin beş milyon yəhudinin məhv edilmısində günahkar olması sübut olunurdu. Gizlədiləsi də heç nə qalmamışdı, təqiblər, repressiyalar göz qabağında baş vermişdi. Müttəfiqlər saysız-hesabsız həbs düşərgələrini, konslagerləri alandan sonra elə müdhiş vaqiələr üzə çıxdı ki, bəşəriyyət sarsıldı.

Yəhudi gənclərdən təşkil olunmuş xüsusi mobil qruplar Almaniyanın şəhər və qəsəbələrinə daraşdılar. Müttəfiqlər onlara mane olmaq da istəmirdilər. Qisasçılar Vermaxtın zabitlərinə toxunmurdular, imkanlı təbəqə ilə də işləri yox idi. Esesçilərə isə aman verilmirdi. Bəzən elə olurdu ki, gözlərini qan tutmuş qisasçılar eses zabitinin ailə üzvlərinə də rəhm etmirdilər.

Sovet ordusunun qalibiyyətli yürüşündən sui-istifadə edən polyaklar da Almaniyanın şərq vilayətlərində əllərindən gələni beş qaba çəkdilər. Burada polyakların almanlara qarşı neçə əsrlik nifrəti də az iş görmədi. Sovet tarixçiləri uzun illər çox vaqiələrin üzərindən sükutla keçməyi lazım biliblər.

Yəhudi iş adamlarının köməyi ilə xüsusi agentlik də yaradıldı. Bu agentliyin ümdə vəzifəsi yəhudi millətinin qəsdinə durmuş bütün şəxsləri bir-bir müəyyən edib cəzalandırmaq idi. Neçə-neçə hərbi canı ifşa edilərək həbs olundu… Milyonlarla günahsız insanın məhv edilməsində günahkar olan beş-on nasist canilərdən biri də Adolf Eyxman (1906-1962-ci illər) idi.

Onun 1960-cı ilin may ayının 13-də Buenos-Ayresdə küçədə həbs edilərək gizli surətdə İsrailə gətirilməsi vətənpərvərlərin böyük uğuru sayıla bilər. Qüdsdə təşkil olunan məhkəmə yarım il çəkdi. Nəhayət 1962-ci ilin iyun ayının 1-də onu Ramlex həbsxanasında edam etdilər.

Qisas məsələsində yəhudi xalqının bankirinin də, adi daşyonanın da çəkici bir zindana vurması hamıya örnək olmalıdır.

Yanvar qətlamı zamanı Bakıda geberal Dubinyakın ordusunda xüsusi canfəşanlıq göstərmiş 48 erməni giyenasının siyahısı əlimə keçmişdi. By erməni sovet cəlladlarının iş yerləri, yaşadıqları ünvanlar həmin siyahıda dəqiq göstərilmişdi. O vaxtları mənim  Xalq cəbhəsi adlanan qurumun rəhbərliyi ilə aram yox idi, daha dəqiq desək onların heç birini nə siyasi xadim, nə də mübariz kimi qəbul etmirdim. Güc-bəla ilə əldə  etdiyim siyahını hörmətlə yanaşdığım Sabir Rüstəmxanlıya verib, dedim: _ Sabir, bu siyahını ver o tribuna pəhləvanlarına, əgər qeyrətləri varsa, qoy əlləri altında saxladıqları dəliqanlılarla bir iş görsünlər…

… Həftələr, aylar, illər ötdü, nə səs çıxdı, nə səmir. Sabir müəllimlə bir dəfə bu barədə danışanda, o dinməz-söyləməz əlini yellədi … Sabir müəllimin bu sözlərini ömrüm boyu heç vaxt unutmaram: _ Firuz kişi, bundan sonra vaxtilə “Difai”ni yaratmış kişilər kimi qəhrəmanlar ortaya çıxanda qisasdan danışarıq.

… Bəzilərinə xoş gəlməsə də bir mətləbə toxunmaq istərdim. 90-cı illərin əvvəllərini xatırlayın, boz qurdlar barədə söz-söhbət hər yerə yayılmışdı. Bəziləri hərbi paltarlarının üzərinə boz qurdun şəklini də yapışdırmışdılar.

Ölkədə xaos hökm sürürdü, loru dildə desək, it yiyəsini tanımırdı.Kəndlər, qəsəbələr, mühüm əhəmiyyət kəsb edən hakim yüksəkliklər bir-bir əldən gedəndə, boz qurdların “şücaətindən” xəbər-ətir yox idi. Rəhmətlik İskəndər Həmidovun patranajlığı altında orda-burda veyillənən bu bekarlar yanacaq doldurma stansiyalarının, komisyon mağazaların, yaxşı qazanan kababxanaların daimi “müştəriləri” idilər. Surət Hüseynovun “cayılları” Gəncədən tərpənəndə bu “igidlər” üst-başlarından boz qurd şəkillərini cırıb atdılar. Məlum oldu ki, erməninin qarşısında duruş gətirməmək bəcəhənnəm, bu bambılılar bütə döndərdikləri Əbülfəz Elçibəyin, İsgəndər Həmidovun üsul-idarəsini ikicə gün də qorumaq iqtidarında deyillər.

Cəbhədə vəsfə gəlməz şücaətlər, igidliklər baş verirdi, heç kim qorxmadan, çəkinmədən ölümün gözünə dik baxmış oğullar barədə güldən ağır söz də deyə biməz. Bu başqa söhbətin mövzusudur.

Sözümün canı budur ki, otuz il ərzində istər Rusiyada, istərsə də Azərbaycanda nə bir erməninin, nə də bir rusun burnu da qanamadı.

Öldürən də, ölən də azərbaycanlı idi, bir etnopsixoloq mənə izah edə bilərmi ki, niyə azərbaycanlı öz torpağında yaşaya-yaşaya hələ də rusun öz dilində verdiyi suala onun dilindəcə cavab verir? Bu qədər dəhşətlərdən sonra azərbaycanlının hələ də cəsarəti çatmır ki rusa desin, ay filan, filan şüdə, burada doğulub böyümüsən, niyə bizim dildə danışmağı ar bilirsən?

Mən rusafobiya xəstəliyinə mübtəla deyiləm. Rus xalqının tarixini, ələlxüsus mədəniyyətini bizim təyin olunmuş deputatlardan min qat artıq bilirəm. Elə indinin özündə çörək, dərman pulundan kəsib Moskvada nəşr olunan elmi tarixi məcmuələri, kitabları alıram. Ömrümün qürub vaxtında gəldiyim nəticə budur, rusa bel bağlamaq olmaz, şovinizm zəhəri onun bütün hüceyrələrinə sirayət edib, o özünü keçmiş SSRİ-nin bütün ərazisində kulturtreger sayır, Mən qərinələr boyu özbək, türkmən pambıqçısının düçar olduğu zillətdən, əzabdan danışmıram. Şimal en dairəsində rus müstəmləkəçilərinin qırdıqları qəbilələrin, xalqların sayına baxanda adamı dəhşət hissi bürüyür. İllərlə ruslarla bir yerdə ağır fiziki güc tələb olunan yerlərdə işləmişəm. İki şüşə “Ağdam” çaxırına kəbinli arvadını bir gecəyə başqasına verən rus qazmaçının sadə azərbaycanlı fəhləyə, biz sizi adam eləmişik, siz nə bilirsiniz mədəniyyət nədi, sözünü dediyini eşitmişəm.

Külli aləm bilir ki, Bakı nefti olmasaydı SSRİ-nin süqutu labüd idi. Nasistlər rus xalqını bir etnos kimi yer üzündən siləcəkdilər.

Nankorluğu, nəməkbəhəramlığı Allah taala bir adət kimi ruslara nazil edib. SSRİ-ni daha dəqiq desək, Rusiyanın xilası üçün nəyimiz vardısa hamısını verdik. Əvəzində aldıqlarımız göz qabağındadır… Bu mətləb barədə bir-iki dəfə danışmışam, amma indi məramım başqadır. Oktyabrın 29-da axşam Moskvanın “Zvezda” telekanalında yenə də bizləri yaş yuyub quru sərirdilər. Xaçpərəst təəssübkeşliyini gizlətməyi lazım bilməyən altı-yeddi həpənd ağızlarına gələni deyir, ermənilərin bütün əməllərinə bəraət qazandırırdılar.

Nə hiddətləndim, nə də təəccübləndim, axı bu birinci dəfə deyil. Biz on barmağımızı bala batırıb rusun boğazına soxsaq da, o bu zəhirmardır deyəcək.

Son bir ayda hörmətli Prezidentin bütün çıxışlarını diqqətlə izləmişəm və qürur hissi duymuşam. Onun səlib dünyasının qələm sahiblərinin bütün məkrli suallarına tutarlı cavabları nəyə desəniz dəyər. Prezident iuzeit hiyləgərliyi ilə verilən sualların məğzini elə ifşa edir ki, tərəf müqabil danışmağa söz də tapa bilmir.

Qəddini dikəldən camaat hər gün qələbə xəbərlərini gözləyir, gənclik də əvvəlki gənclik deyil, o artıq yaxşı ilə pisi ayırmağı bacarır, Ramiz Mehdiyev – Əli Həsənov şəbəkəsinə daxil olan yaramazların da tezliklə bütün dövlət strukturlarından qovulacağını hamı gözləyir,

“Mirşahinin saatı” min yaltaq məddahın ciddi-cəhdini puç edir, məmləkətdə elə adam yoxdur ki, Prezidenti dəstəkləməsin, xülasə abi-hava tamam dəyişilib. Əsas odur ki, inam yaranıb! Amma çox istərdim ki, hamının zəndi-zəhləsini aparmış, özlərini gülməşəkər ictimai xadim sayan aqil abbaslar, fazil mustafalar, rasim musabəyovlar, aydın mirzəzadələr, asim mollazadələr və digər konformistlər özlərini qabağa dürtüb biz də varıq, bu  nailiyyətlərdə əlimiz var, deməsinlər.

Xeyir ağalar, bu illər ərzində sizin bu millətə iki qara qəpiklik xeyriniz dəyməyib. Sizlərdə cəsarət, mərdlik olsaydı Əli Həsənovun bandası ölkənin bütün ideoloji mühitini zəhərləyə bilməzdi. Hansı korrupsionerin, hansı rüşvətxorun üstünə getmişiniz? Ölkədən milyonlar çıxaran, villa və inarətlərinin sayı-hesabı bilinməyən hansı şərəfsizi siz divara diyərib anasını ağlatmısınız? Nəsihətbazlığınız da, bivec şərhləriniz də, şablon, qəlbə, ruha heç nə verməyən mənasız çıxışlarınız da təpənizə dəysin. Məgər özünüz görmürsünüz ki,

Mir Şahinin üç-dörd dəqiqəlik çıxışı Sizin mininizin aylıq cəfəngiyatınıdan yüz qat üstündür, qiymətlidir? Həmişə gileylənmişəm, axı niyə bizdən dörd-beş xalq intiqamçısı, Xocalı cəlladlarını evlərinin içində qanına qəltan edən qisasçı çıxmadı, niyə  Moskva telekanallarında üzərimizə çirkab atanların ağızlarını yuman qəhətə çəkilib?

Cavab çox sadədir, yuxarıda göstərdiyim “ictimai xadimlərin” at oynatdıqları məmləkətdə belə şeyləri gözləmək avamlıqdır. Sözlərim bilirəm çoxunun xoşuna gəlməyəcək, yəqin götür-qoy edəcəklər, nə cür edək bu qocanın ağzını yumaq. Bu çətin iş deyil, Siz də verin məni məhkəməyə, həmkarınız Elmira Axundova 20 ay məni qocalıq təqaüdümdən mərhum edə bildisə, Siz də 230 manatlıq təqaüdümü əlimdən alın, vəssəlam. İşdir sayəd ora –bura şikayət ərizəsi yazsam qabağımı almaq sizin üçün çətin olmayacaq. Çünki müvafiq strukturlarda Ramiz Mehdiyevin əlaltıları hələ qalıb.

Firuz Haşımov