“Niva” yük maşını ilə toqquşdu – XƏSARƏT ALAN VAR

15

Ötən gecə Şəmkirdə qəza hadisəsi baş verib. Hadisə rayonun Əliyqablu kəndində qeydə alınıb. Bunu Hurriyyet.org-a hadisə şahidləri bildirib.

Belə ki, “Niva” markalı avtomobil ilə yük maşını toqquşub. Hava yağışlı olduğundan “Niva”nın sürücüsü idarəetməni itirib və yük maşını ilə toqquşmalı olub. Minik maşınına ciddi ziyan dəyib.

“Niva”nın sürücüsü xəsraət alıb. Yaralı xəstəxanaya aparılaraq, ona ilkin yarrdım göstərilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Hurriyyet.org